12 aprel 2013-cü il tarixində Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov ölkəmizdə səfərdə olan İsveçrənin Federal kansleri, İqtisadi məsələlər, təhsil və tədqiqatlar naziri Yohan Şnayder Ammann başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SİA-nın Mərkəzi Bankın mətbuat xidmətindən aldığı məlumata görə, görüşdə Azərbaycan və İsveçrədə iqtisadi və valyuta siyasəti, iqtisadi və çoxtərəfli əməkdaşlıq, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu üzrə seçki qrupu çərçivəsində əlaqələr müzakirə edilib.
Yohan Şnayder Ammann ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq ənənəsindən məmnun olduğunu bildirib, ölkədə aparılan iqtisadi islahatlar, Mərkəzi Bankın həyata keçirdiyi monetar siyasət, eləcə də ümumilikdə böhranla mübarizə istiqamətində atılmış addımları yüksək qiymətləndirib.
Öz növbəsində Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkəmizin İsveçrə hökuməti ilə ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirib, bu münasibətlərin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə əminliyini ifadə edib.
Tədbirdə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq məsələləri də geniş müzakirə edilib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...