PDF Oxu

İqtisadiyyat

  • 34

Vaşinqtonda Cənub dəhlizi və Avropanın enerji təhlükəsizliyi məsələlərinə dair “dəyirmi masa” keçiriləcəkdir

Vaşinqtonda Cənub dəhlizi və Avropanın enerji təhlükəsizliyi məsələlərinə dair “dəyirmi masa” keçiriləcəkdir

Aprelin 30-da Vaşinqtonun Vudro Vilson beynəlxalq elmi mərkəzində "Nabukko hüdudlarından kənarda: Cənub dəhlizi və Avropanın enerji təhlükəsizliyi layihəsi üzrə yeniliklər" mövzusunda forum keçiriləcəkdir. Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev, Azərbaycan Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov, həmin mərkəzin böyük elmi əməkdaşı Gülmirə Rzayeva məruzələr edəcəklər. Vilson mərkəzinin qlobal Avropa proqramının müşaviri və "Dünya adası: Avrasiya geosiyasəti və Qərbin taleyi" kitabının müəllifi Aleksandros Pitersonun moderatoru olduğu "dəyirmi masada təbii qazın Avropaya nəql edilməsinə dair Cənub dəhlizi layihəsi, habelə "Nabukko məsələsi" barədə Azərbaycanın mövqeyi və qəbul etdiyi qərarlar müzakirə olunacaqdır. Ekspertlər Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılması məsələsinə aydınlıq gətirəcək , layihənin geosiyasi vəziyyətə təsirini, strateji regionun transformasiyasının ABŞ-ın mənafeyinə təsirini müəyyənləşdirəcəklər. Tədbir Vudro Vilson beynəlxalq elmi mərkəzinin "Qlobal Avropa" proqramının köməyi ilə Kennan İnstitutu tərəfindən təşkil olunmuşdur.

AzərTAc

Digər xəbərlər