PDF Oxu

İqtisadiyyat

  • 30

Daşkənddə keçirilən beynəlxalq konfransda Azərbaycan nümayəndələri də iştirak etmişdir

Daşkənddə keçirilən beynəlxalq konfransda Azərbaycan nümayəndələri də iştirak etmişdir

Daşkənddə "Kəndlərdə müasir yaşayış evlərinin kompleks tikintisi və kəndlərin yenidən qurulması, əhalinin həyat şəraitinin yüksəldilməsi məsələləri" adlı beynəlxalq konfrans keçirilmişdir.

Tədbirdə dünyanın 50 ölkəsindən gəlmiş 300-dən artıq tikinti sahəsinin rəhbərləri və mütəxəssisləri, memarlar, dövlət strukturlarının nümayəndələri, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq qurumların rəhbərləri və təmsilçiləri iştirak etmişlər.

Azərbaycanı bu tədbirdə İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Nizami Qasımov, baş məsləhətçi Arif Nəzərov və Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Elçin Əliyev təmsil etmişlər.

Konfrans iştirakçılarını Özbəkistan Prezidenti İslam Kərimov salamlamış, kənd tikintisi haqqında ətraflı məlumat vermişdir. Dövlət başçısının sözlərinə görə Özbəkistan əhalisinin təxminən yarısı - 15 milyonu kənd yerlərində yaşayır. Hər il kəndlərimizdə 150 min ailə qurulur. Müstəqillik illərində isə Özbəkistanda 2 milyon 600 min ailə qurulmuşdur ki, onların müasir və hər şəraiti olan evlərdə yaşaması üçün dövlətimiz müxtəlif tədbirlər həyata keçirir. Prezident qeyd etmişdir ki, ancaq 2009-2012-ci illərdə ölkənin 159 kənd rayonunda 650 yaşayış sahələri yaradılmışdır.

Açılış mərasimində İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli, Asiya İnkişaf Bankının vitse-prezidenti Şiao Cao da çıxış etmiş, ölkədə bu sahədə görülən işləri təqdir etmişlər.

Konfransda çıxış edən Elçin Əliyev bu sahədə Azərbaycanda görülən işlər haqqında ətraflı məlumat vermişdir.

AzərTAc

Digər xəbərlər