PDF Oxu

İqtisadiyyat

  • 30

“Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə Koreya ilə qrant razılaşması” imzalanmışdır

“Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması” layihəsi üzrə Koreya ilə qrant razılaşması” imzalanmışdır

Aprelin 18-də "Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılması" layihəsi üzrə "Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları nazirliyi arasında qrant razılaşması" imzalanmışdır.

Sənədi Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn imzalamışlar.

Layihə çərçivəsində Bakı şəhərində və on beş bölgədə təlim mərkəzləri yaradılacaqdır. Təlim mərkəzlərində Koreya mütəxəssisləri tərəfindən xüsusi təhsil informasiya sistemi quraşdırılacaq və zəruri avadanlıqla təmin olunacaqdır. Dövlət qulluqçuları bu mərkəzlərdə bilavasitə təlim kurslarında iştirak edə biləcək, eyni zamanda mərkəzin distant təhsil xidmətlərindən yararlanacaqlar. Layihə çərçivəsində təlim mərkəzinin fəaliyyətinin təşkili, elektron təlim materiallarının hazırlanması üzrə təcrübə əldə etmək üçün yerli mütəxəssislər Koreyada təlim kursları keçəcəklər.

AzərTAc

Digər xəbərlər