PDF Oxu

İqtisadiyyat

  • 21

Azərbaycanda sənaye məhsulunun 75 faizi mədənçıxarma bölməsinin payına düşmüşdür

Azərbaycanda sənaye məhsulunun 75 faizi mədənçıxarma bölməsinin payına düşmüşdür

Cari ilin yanvar-mart aylarında sənaye məhsulu istehsalının 75 faizi mədənçıxarma bölməsinin payına düşmüşdür.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, məhsul istehsalının 18,4 faizi emal, 6,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinə aid olmuşdur.

Sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 2,9 faiz artmış, neft sektorunda 2,9 faiz azalma müşahidə edilmişdir.

AzərTAc

Digər xəbərlər