Cari ilin yanvar-fevral aylarında "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində 9,7 milyon ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox yük, 46,2 milyon nəfər və ya 7,4 faiz çox sərnişin daşınmışdır.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, yüklərin 35,7 faizi dəmir yolu, 19,1 faizi dəniz, 45,2 faizi avtomobil nəqliyyatı ilə daşınmışdır.
Yükdaşımaları fəaliyyətindən 76,1 milyon manat, sərnişin daşınmasından isə 15,4 milyon manat gəlir əldə olunmuş və müvafiq olaraq 6,2 və 14,9 faiz artım qeydə alınmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...