PDF Oxu

İqtisadiyyat

  • 30

Əmlak Məsələləri Dövlət Komitəsi Elektron portalı hazırdır

Əmlak Məsələləri Dövlət Komitəsi Elektron portalı hazırdır

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi Elektron portalının ictimai təqdimatını keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən qurumun aparat rəhbəri İlqar Həbiyev bildirib ki, ictimai təqdimatın keçirilməsində başlıca məqsəd vahid elektron portalda cəmləşdirilən komitənin fəaliyyət istiqamətləri üzrə göstərilən elektron xidmətlər barədə vətəndaşlara və biznes qurumlarına müasir standartlara uyğun elektron xidmətlərin göstərməsi ilə bağlı ictimai məlumatlandırma, agahlıq və izahat işlərinin aparılmasıdır.

Portal barədə ətraflı məlumat verən aparat rəhbəri vurğulayıb ki, komitənin təqdim etdiyi Elektron xidmətlər portalı (www.e-emdk.gov.az) vətəndaşlara komitənin qurumları arasında şəffaf və maneəsiz əlaqə yaradılması, vətəndaşların müxtəlif istiqamətlər üzrə vahid məkanda, yığcam və çevik elektron xidmətlər əldə etmələrinə imkan verir: "Portalda informativ və interaktiv tipli elektron xidmətlər təşkil olunub. Portal vasitəsi ilə elektron xidmətlərə çıxış açıq və sərbəstdir".

Qeyd edək ki, komitənin fəaliyyət sahələri üzrə təşkil edilən 13 elektron xidmətlərlə bağlı bölmələr bu portalda yerləşdirilib. Portalda həmçinin, qanunvericilik, inzibati reqlamentlər, ərizə formaları, dövlət rüsumu haqqında, xidmət haqqı tarifləri, elektron imza, video çarxlar, nəşrlər, statistik məlumatlar kimi bölmələr elektron xidmətlərin istifadə qaydalarını əks etdirən materiallar və video roliklər yerləşdirilib.

sia.az

Digər xəbərlər