Aprelin 23-də Bakıda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin iclası işə başlamışdır.
İki gün davam edəcək iclasın məqsədi təşkilata üzv ölkələrin əmək nazirlərinin aprelin 25-26-da keçiriləcək konfransının gündəliyinin hazırlanması, nazirlərin görüşü zamanı müzakirəyə çıxarılacaq əsas sənədlərin yekun razılaşdırılmasıdır.
Bakıda İƏT-ə üzv ölkələrin əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin görüşü İslam dünyası, eləcə də digər xalqlar arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsində ölkəmizin getdikcə artan rolunun növbəti əməli təsdiqidir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...