PDF Oxu

İqtisadiyyat

  • 41

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda “Sualtı layihələr və əməliyyatlar” mövzusunda seminar keçirilmişdir

“Neftqazelmitədqiqatlayihə” İnstitutunda “Sualtı layihələr və əməliyyatlar” mövzusunda seminar keçirilmişdir

"Neftqazelmitədqiqatlayihə" İnstitutunda "Statoil" şirkətinin mütəxəssislərinin təqdimatında "Sualtı layihələr və əməliyyatlar" mövzusunda seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, seminarda "Statoil" şirkətinin nümayəndələri "30 il ərzində Norveçin kontinental şelfində planlaşdırılmış regional inkişaf və Xəzər dənizində potensial tətbiqi", "Azərbaycanda sualtı layihələr: Qarabağ, Əşrəfi və Dan Ulduzu yataqları. Potensial sualtı layihə", "Sualtı texnologiyaların inkişafı - neft və qaz yataqlarında texnologiyanın tətbiqi" və başqa mövzularda məruzələrlə çıxış etmişlər.

Sonda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mütəxəssisləri ilə şirkət nümayəndələri arasında təqdim olunan məruzələr ətrafında müzakirələr aparılmışdır.

AzərTAc

Digər xəbərlər