PDF Oxu

İqtisadiyyat

  • 23

Özbəkistanda keçirilən VI Daşkənd Beynəlxalq İnvestisiya və Maliyyə Forumu başa çatıb

Özbəkistanda keçirilən VI Daşkənd Beynəlxalq İnvestisiya və Maliyyə Forumu başa çatıb

Özbəkistanın Xarici İqtisadi Əlaqələr, İnvestisiyalar və Ticarət Nazirliyinin "Uzinfoinvest" Agentliyi ilə birgə keçirdiyi VI Daşkənd Beynəlxalq İnvestisiya və Maliyyə Forumu başa çatıb.

Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı ABŞ, Almaniya, Böyük Britaniya, Belarus, Rusiya, Türkiyə, Ukrayna, Yaponiya, Rumıniya, Sinqapur və ümumilikdə dünyanın 30 ölkəsindən 600-dən çox sığorta, lizinq, auditor, investisiya, şirkətlərinin nümayəndələri, sahibkarlar, bank, sərmayə və maliyyə institutlarının və reytinq agentliklərinin rəhbərləri, nazirlik və ictimai təşkilatların təmsilçiləri iştirak ediblər.

Xarici iqtisadi əlaqələr, investisiyalar və ticarət naziri Qalina Saidova, Özbəkistan Ali Məclisi sədrinin müavini Bəxtiyar Yakubov investisiya və maliyyə sahəsində həyata keçirilən islahatlar, investisiya siyasəti, ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi, iqtisadi sahənin modernləşdirilməsi sahəsində görülən işlər haqqında məlumat veriblər.

Forumda neft-qaz, neftkimya, kimya, telekommunikasiya, yanacaq-energetika kompleksi, maşınqayırma. metallurgiya, əczaçılıq sənayesi, sığorta, təkrar sığorta, bank və kredit fəaliyyəti, qiymətli kağızlar bazarı və digər sahələrə sərmayə qoyulması məsələləri müzakirə olunub.

Forum çərçivəsində VI Daşkənd Sığorta və Təkrarsığorta Konfransı, Lizinq üzrə Vi Daşkənd Konfransı, Bank və qiymətli kağızlar üzrə II Daşkənd Konfransı, Maliyyə Xidməti sərgisi və s. tədbirlər keçirilib.

sia.az

Digər xəbərlər