Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu ilin iyulun 6-da imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncam sürətlə icra olunur.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmərindən AzərTAc-a bildirmişlər ki, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir. Artıq bu dəmir yolunun Qarasu – Padar və Qarasu-Muğan hissələrində xətlərin 13,7 kilometri əsaslı təmir olunmuşdur.
Dövlət Proqramının icrası çərçivəsində təmir işlərinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılmışdır. Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirirlər.
Təmir işləri ilə bağlı xüsusi cədvəl hazırlanmışdır və işlər nəzərdə tutulmuş ardıcıllıqla davam etdirilir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...