PDF Oxu

İqtisadiyyat

  • 33

Cari ilin aprelində Ceyhan limanından 1 milyon 830 min 246 ton xam neft ixrac edilmişdir

Cari ilin aprelində Ceyhan limanından 1 milyon 830 min 246 ton xam neft ixrac edilmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin aprel ayında Novorossiysk limanından 159 min 155 ton, Supsa limanından 242 min 367 ton, Ceyhan limanından 1 milyon 830 min 246 ton xam neft ixrac etmişdir.

ARDNŞ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ümumilikdə yanvar-aprel ayları ərzində Novorossiysk limanından 570 min 494 ton, Supsa limanından 1 milyon 41 min 569 ton, Ceyhan limanından isə 6 milyon 417 min 159 ton xam neft ixrac edilmişdir.

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

AzərTAc

Digər xəbərlər