PDF Oxu

İqtisadiyyat

  • 19

Apreldə 12 min 397 ton təyyarə yanacağı ixrac etmişdir

Apreldə 12 min 397 ton təyyarə yanacağı ixrac etmişdir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi aprel ayında 1 min 38 ton avtomobil benzini, 99 min 970 ton dizel yanacağı, 12 min 397 ton təyyarə yanacağı ixrac etmişdir.

ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cari ilin yanvar-aprel ayları ərzində 5 min 509 ton avtomobil benzini, 350 min 298 ton dizel yanacağı, 46 min 565 ton təyyarə yanacağı ixrac edilmişdir.

Cari ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 932,62 dollar, təyyarə yanacağının - 902,81 dollar, dizel yanacağının - 856,07 dollar, 1 faizli kükürdlü mazutun - 586,18 dollar təşkil etmişdir.

AzərTAc

Digər xəbərlər