"Azərsu" ASC hazırda Azərbaycanın bütün bölgələrində, rayon mərkəzlərində, o cümlədən kənd və qəsəbələrində su təchizatının yaxşılaşdırılması məqsədilə iri miqyaslı layihələr həyata keçirir.
AzərTAc xəbər verir ki, bu sözləri "Azərsu" ASC-nin "Birləşmiş Su-kanal" MMC-nin direktoru Etibar Məmmədov "Hacıqabul rayonunun Qubalı –Baloğlan kəndinin su təchizatı sistemlərinin yenidən qurulması" layihəsi çərçivəsində təşkil olunmuş tədbirdə bildirmişdir.
Vurğulanmışdır ki, kəndə 9 min 376 metr uzunluğunda magistral su xətti çəkilmiş və şəbəkəyə birləşdirilmişdir. Eyni zamanda 560 ədəd su sayğacı quraşdırılmışdır.
Diqqətə çatdırılmışdır ki, bu günədək kəndə içməli su təmizlənmədən Pirsaat çayından verilirdi. Hazırda isə sakinlər tam standartlara uyğun su ilə təmin olunurlar. Gələcəkdə də belə layihələr həyata keçiriləcəkdir. Yaxın günlərdə isə Zaqatala və Balakən rayonunda da kəndlərin su təchizatının şahidi olacağıq.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...