Mayın 2-də Bakıda Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və "ASAN xidmət"in birgə təşkilatçılığı ilə "ASAN imza" – mobil hökumətin açarıdır" mövzusunda konfrans keçirilir.
Konfrans Vergilər Nazirliyinin elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzinin təqdimatına həsr olunmuşdur.
Konfransın açılışında vergilər naziri Fazil Məmmədov və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış etmişlər.
Bildirilmişdir ki konfransın məqsədi vergi sistemində "ASAN imza"ya sahib olmağın prosedur qaydaları və gələcəkdə vətəndaşların elektron hökumətin xidmətlərindən istifadəsini müzakirə etmək və ictimaiyyətin diqqətinə çatdırmaqdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...