PDF Oxu

İqtisadiyyat

  • 19

İsveç Gömrük Xidmətləri Şirkətinin prezidenti Rais Karlson: “Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində çox ciddi inkişaf yolu keçmişdir”

İsveç Gömrük Xidmətləri Şirkətinin prezidenti Rais Karlson: “Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində çox ciddi inkişaf yolu keçmişdir”

Azərbaycanın Dövlət Gömrük Komitəsi regionda yeganə gömrük xidmətidir ki, burada informasiya-kommunikasiya texnologiyalarından səmərəli şəkildə istifadə edir. Bu sözləri Qəbələdə gömrük işində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi ilə bağlı "e-Hökumət: Gömrük sahəsində innovasiyalar" mövzusunda keçirilən beynəlxalq konfransda İsveç Gömrük Xidmətləri Şirkətinin prezidenti Rais Karlson jurnalistlərə müsahibəsində demişdir.

O, Azərbaycanda bir neçə dəfə olduğunu və bu dəfə informasiya-kommunikasiya texnologiyaları ilə bağlı konfransda iştirak etdiyini bildirərək demişdir: "Ümidvaram ki, bugünkü tədbirdə uğurlu nəticələr əldə edəcəyik. Azərbaycanın İKT sahəsindəki nailiyyətlərinin davamlı olduğunu müşahidə edirik. Biz Azərbaycana bu sahədə lazımı dəstək veririk. Xüsusilə "bir pəncərə" prinsipinin tətbiqində Azərbaycanın Dövlət Gömrük Komitəsi daha yaxşı inkişaf yolu keçib. Biz bugünkü tədbirdə Azərbaycanın bu təcrübəsindən bəhrələnəcəyimizi düşünürük. Azərbaycan İKT tətbiqi sahəsində çox ciddi inkişaf yolu keçmişdir. Risklərin idarə olunması və bir neçə xüsusi üsulların tətbiq olunmasında İKT-nin çox faydası ola bilər. Biz burada Azərbaycan Dövlət Gömrük Komitəsinin nümayəndələrinin çıxışlarını dinlədik və otelin qarşısında səyyar "ASAN xidmət" mərkəzi ilə tanış olduq. Həqiqətən də Azərbaycanda "Elektron hökumət" sahəsində yüksək irəliləyişlərin əldə olunduğunu gördük. Biz bilirik ki, "ASAN xidmət" mərkəzi Azərbaycanı elektron xidmət sahəsində daha da irəliyə aparacaq".

AzərTAc

Digər xəbərlər