Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Bərdə rayonunun Şahvəlilər, Füzuli rayonunun Yuxarı Kürdmahmudlu, Beyləqan rayonunun Bolsulu kəndlərinə təbii qaz verilmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən tədbirlərdə çıxış edənlər sakinləri təbrik etmiş, ölkədə gedən sosial-iqtisadi inkişafdan, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışlar.
Qeyd olunmuşdur ki, dövlətimizin başçısı tərəfindən təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir, Azərbaycanın kəndləri simasını dəyişərək gözəlləşir. Əhalinin su, yol, enerji problemləri həll edilir və təbii qazla təminat yaxşılaşdırılır.
Azərbaycan Prezidentinin tapşırığına əsasən cari ilin sonuna qədər ölkənin yaşayış məntəqələrinin 95 faizi tamamilə qazlaşdırılacaqdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...