PDF Oxu

İqtisadiyyat

  • 19

“Böyük Bakının Regional İnkişaf Planı”nın son mərhələsinin layihə variantı işlənib başa çatdırılmışdır

“Böyük Bakının Regional İnkişaf Planı”nın son mərhələsinin layihə variantı işlənib başa çatdırılmışdır

"Bakıdövlətlayihə" İnstitutu Böyük Bakının Regional İnkişaf Planı (BBRİP) layihəsində baş koordinator funksiyasını yerinə yetirərək ilkin və aralıq hesabatları hazırlamış, Dünya Bankına və sifarişçiyə - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etmişdir.

Layihənin baş mühəndisi Əhliman Şükürlü AzərTAc-a bildirmişdir ki, artıq BBRİP-in son mərhələsinin layihə variantı da işlənib başa çatdırılmışdır. Bu günlərdə layihə baxılıb razılaşdırılmaq üçün aidiyyəti qurumlara təqdim ediləcəkdir.

Təqdim olunan Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərini və Abşeron rayonunun bir hissəsini əhatə edən Böyük Bakının Regional İnkişaf Planı 1:25000 miqyasında hazırlanmaqla 284 min hektardan artıq ərazini əhatə edən Ərazi Planlaşdırma sənədidir və Böyük Bakı regionu üçün ilk dəfə hazırlanır.

Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanan sonuncu Baş Plan 1987-ci ildə təsdiq edilmişdir.

Böyük Bakının Regional İnkişaf Planı hazırlanarkən ərazi üzrə toplanmış məlumatlar, aparılan təhlillər, verilən proqnozlar və planlaşdırma, ekoloji qiymətləndirmə, iqtisadi inkişaf, nəqliyyat və mühəndis infrastrukturları üzrə əldə olunan nəticələr gələcəkdə hazırlanması tələb olunan şəhərsalma sənədləri üçün istinad sənədi və əsas olacaqdır.

AzərTAc

Digər xəbərlər