Ötən il ümumi istifadədə olan 537,2 kilometr avtomobil yolu tikilmiş və təmir olunmuşdur.
AzərTAc xəbər verir ki, bunu "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov bildirmişdir.
O demişdir ki, bunun 134,6 kilometri respublika, 402,6 kilometri yerli əhəmiyyətli avtomobil yoludur. İl ərzində 25 körpü istifadəyə verilmişdir.
"2006-2015-ci illər ərzində respublika əhəmiyyətli 3578 kilometr, yerli əhəmiyyətli 5928 kilometr avtomobil yolunun yenidən qurulması və əsaslı təmiri, Bakı şəhərində nəqliyyat tıxaclarının aradan qaldırılması və əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə müxtəlif yol qovşaqlarında yol ötürücülərinin və keçidlərin tikintisi nəzərdə tutulmuşdur. Hazırda bu işlər uğurla davam etdirilir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...