Azərbaycanın kabel televiziya operatoru "B&B TV" şirkəti tərəfindən Bakıda və Naxçıvan Muxtar Respublikasında "DVB-T2" rəqəmli yayım sistemi tətbiq olunacaqdır.
Şirkətdən AzərTAc-a bildirmişlər ki, bu ilin ikinci yarımilliyində Naxçıvanda, "DVB-T2" formatda kommersiya paketi təqdim olunacaqdır. Cari ilin sonunadək isə paytaxtda analoq yayımının dayandırılması və tamamilə rəqəmli yayıma keçid nəzərdə tutulmuşdur.
Mütəxəssislər ölkə regionlarında "DVB-T" formatında yayıma tələbatın monitorinqini keçirmiş və artıq "DVB-T" stansiyalarının quraşdırılacağı regionların siyahısı hazırlanmışdır. Rəqəmli formatda 100-dək televiziya kanalının təqdim edilməsi nəzərdə tutulmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...