PDF Oxu

İqtisadiyyat

  • 12

“Bakı Ağ şəhər" layihəsi üzrə yüksəksəviyyəli İKT tətbiq olunacaqdır

“Bakı Ağ şəhər" layihəsi üzrə yüksəksəviyyəli İKT tətbiq olunacaqdır

"Bakı Ağ şəhər" layihəsi hazırda paytaxtımızda görülən quruculuq işlərinin mühüm tərkib hissəsidir.

Burada bütün infrastruktur sahələri kimi, yüksəksəviyyəli informasiya və kommunikasiya texnologiyaları (İKT) tətbiq ediləcəkdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, ərazidə ilkin işlərə başlanılmışdır. Burada telefon rabitəsi ilə yanaşı, hər bir mənzil 100 meqabit saniyə internetlə təmin olunacaqdır. Yaşayış və biznes zonaları arasında bütün arabağlantılar optik kabellərin üzərindən aparılacaqdır. Burada, eyni zamanda, "Rabitə evi" də inşa olunacaqdır. Ərazidə yüksəksəviyyəli telekommunikasiya və multimedia xidmətləri ilə yanaşı, poçt rabitəsi xidmətləri də göstəriləcəkdir.

AzərTAc

Digər xəbərlər