PDF Oxu

İqtisadiyyat

  • 7

AFR-in “Thyssen Krupp” poladtökmə konserni 3000 iş yerinin ixtisar olunması haqda qərarını elan etmişdir

AFR-in “Thyssen Krupp” poladtökmə konserni 3000 iş yerinin ixtisar olunması haqda qərarını elan etmişdir

AFR-də ən iri poladtökmə müəssisəsi olan "Thyssen Krupp" konserni 3000 iş yerinin ixtisar olunması haqda qərarını elan etmişdir.

Mənzil-qərargahı Almaniyanın Essen şəhərində yerləşən şirkət bildirmişdir ki, bu tədbirlər konsernin mürəkkəb maliyyə vəziyyəti ilə əlaqədar qənaət proqramının tərkib hissəsidir. Konsern bu yolla təqribən 500 milyon avroya qənaət etmək və bazarda yaranmış mürəkkəb şəraitdə rəqabət qabiliyyətini artırmaq ümidindədir.

Konsernin rəhbəri Haynrix Hizinger demişdir: "Konyunkturun zəif olmasına baxmayaraq, biz məqsədimizə çatmaq üçün düzgün yol seçdiyimizə əminik.

2012-ci maliyyə ilində şirkət 5 milyard avro ziyana düşmüşdür. Bunun əsas səbəbi konsernin ABŞ-da və Braziliyada investisiya kampaniyasının uğursuzluğu ilə bağlıdır.

Təxminən yeddi ay bundan əvvəl konsern həmin ölkələrdə ona məxsus olan iki poladtökmə zavodunun zərərlə işləməsi səbəbindən həmin zavodları satmağa hazır olduğunu bildirmişdir. Bu proses plan üzrə gedir".

Cari maliyyə ilinin birinci yarısında müəssisə 822 milyon avro ziyana düşmüşdür.

AzərTAc

Digər xəbərlər