PDF Oxu

İqtisadiyyat

  • 9

Əhalinin gəlirləri artıb

Əhalinin gəlirləri artıb

2013-cü ilin yanvar-aprel aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 10,3 milyard manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən SİA-ya məlumat verilib. Rəsmi statistikaya görə, gəlirlərin hər nəfərə düşən həcmi orta hesabla 1108,7 manat təşkil edib. Bundan başqa hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,5 faiz bəndi üstələyərək 4,9 faiz olub.Bu dövr ərzində gəlirlərin 69,4 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 19,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəlib.

Əhalinin sərəncamında qalan 9,3 milyard manatlıq gəlir əvvəlki ildəkinə nisbətən 6,1 faiz artıb.

sia.az

Digər xəbərlər