2013-cü ilin yanvar-aprel aylarında ölkədə 17,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çox ümumi daxili məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin SİA-ya verdiyi məlumata görə, ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1861,9 manat təşkil edib və 2,5 faiz artıb.
Qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artıb. Qeyd edək ki, ÜDM-in 51,3 faizi sənayedə, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 9,0 faizi tikintidə, 7,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitə xidmətləri sektorunda, 12,7 faizi sosial və digər xidmət sahələrində istehsal edilib. Bundan başqa məhsula və idxala xalis vergilər ÜDM-in 6,7 faizini təşkil edib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...