PDF Oxu

İqtisadiyyat

  • 11

Azərbaycanın xarici ticarət dövriyyəsi artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi artıb

2013-cü ilin birinci rübündə Azərbaycan xarici ölkələrlə 8.6 milyard ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparıb. SİA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, onun 7.6 milyard dolları və ya 89.2 faizi uzaq xarici dövlətlərin, 923.2 milyon dolları MDB üzvü ölkələrinin payına düşüb. Ötən ilin birinci rübü ilə müqayisədə əmtəə dövriyyəsi müqayisəli qiymətlərlə 14.9 faiz, o cümlədən uzaq xarici ölkələrlə 14.9 faiz, MDB üzvü dövlətləri ilə isə 21.4 faiz artıb. Bu dövrdə ölkəmizdən 6.4 milyard dollar məbləğində və yaxud keçən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 18.0 faiz çox mal göndərilib. İxrac olunmuş məhsulların 6.0 milyard dollarlığı uzaq xarici ölkələrə, 363.0 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə göndərilib.

sia.az

Digər xəbərlər