PDF Oxu

İqtisadiyyat

  • 11

Bərdə rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir

Bərdə rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Bərdə rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir.

AzərTAc xəbər verir ki, indiyədək Bərdə şəhəri və rayonun 50-dən çox kəndi qazlaşdırılmışdır. Təkcə cari ilin ötən dövrü ərzində rayonun Ərəblər, Qaraqoyunlu, Hüseynbəyli, Şərəfli, Uğurbəyli, Alaçadırlı, Yeni Əyricə, Piyadalar, Xanərəb, Çəmənli, Kərimbəyli və Şahvəlilər kəndləri təbii qazla təmin olunmuşdur. Rayonun digər yaşayış məntəqələrinin qazlaşdırılması üçün Sərkarlar kəndi istiqamətində 12 kilometr, Məmmədli kəndi istiqamətində 5 kilometr, Lənbəran kəndi istiqamətində 22 kilometr uzunluqda müxtəlif diametrli daşıyıcı qaz kəmərləri çəkilmişdir. Qaradəmirçi kəndində qazpaylayıcı stansiyanın tikintisi başa çatmaq üzrədir, 5 kəndin qazlaşdırılması davam etdirilir. 2013-cü ilin sonunadək rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdur.

AzərTAc

Digər xəbərlər