PDF Oxu

İqtisadiyyat

  • 17

Bibiheybət qəsəbəsində Dövlət Neft Şirkətinin Kompleks Qazma İşləri Trestinin inzibati binası inşa ediləcəkdir

Bibiheybət qəsəbəsində Dövlət Neft Şirkətinin Kompleks Qazma İşləri Trestinin inzibati binası inşa ediləcəkdir

Səbail rayonunun Bibiheybət qəsəbəsi ərazisində Yeni Bakı-Salyan şossesinin kənarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Kompleks Qazma İşləri Trestinin inzibati binası inşa ediləcəkdir.

Bakı Dövlət Layihə İnstitutundan AzərTAc-a bildirmişdir ki, layihəyə uyğun olaraq 1,2 hektar ərazidə yerləşəcək binanın fasadının memarlıq həlli müxtəlif kompozisiya üsullarından istifadə etməklə həyata keçirilmişdir.

Bina 6 mərtəbədən və 4 blokdan ibarətdir, zirzəmi qatında avtomobil dayanacağı nəzərdə tutulmuşdur.

Bundan başqa, binanın tam fəaliyyət göstərməsi üçün ərazidə elektrik yarımstansiyası, qazanxana, yanğından mühafizə və içməli su anbarları, su və drenaj nasosxanaları da layihələndirilmişdir.

AzərTAc

Digər xəbərlər