Cari ilin birinci rübündə Azərbaycanda 27 min 789 yeni, o cümlədən 21 min 764 daimi iş yeri açılmışdır. Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, daimi iş yerlərinin 9,9 faizi yeni yaradılmış, 0,2 faizi fəaliyyətini bərpa etmiş, 14,1 faizi isə mövcud müəssisə və təşkilatlarda açılmışdır. Qalan 75,8 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır.
Yeni iş yerlərinin 72,7 faizi regionlarda açılmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...