PDF Oxu

İqtisadiyyat

  • 13

31 ölkənin 179 şirkəti sərgidə bir araya gələcək

31 ölkənin 179 şirkəti sərgidə bir araya gələcək

Mayın 22-dən 24-dək Bakı şəhəri yenidən regionda qida sənayesi sahəsində əldə olunan nailiyyətlərin nümayiş etdirildiyi ən böyük tədbirə- Azərbaycan Beynəlxalq "Qida sənayesi" ("WorldFood Azərbaijan- 2013") sərgisinə ev sahibliyi edəcək. SİA-nın məlumatına görə, adıçəkilən sərgi ilə bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, 19 il ərzində bu sərgi mövcud əlaqələrin möhkəmləndirilməsinə, yeni tərəfdaşların axtarışına və Azərbaycanın qida sənayesində yeni texnologiyaların tətbiqinə şərait yaradan işgüzar platformaya çevrilib: "Builki sərgi rekord sayda eksponentində dünyanın 31 ölkəsindən 179 şirkət bir araya gəlib. Həm iştirakçılar, həm də sərgi meydançası baxımından 27% artım olub. Sərgidə MDB ölkələri və Avropadan olan şirkətlər üstünlük təşkil edir. Eksponentlərin ümumi sayının 38 %-ni təşkil edən yerli şirkətlər də sərgidə fəallıq göstərir".

Nazir müavini onu da qeyd edib ki, bu il sərgidə Naxçıvan MR ayrıca stendlə çıxış edəcək və burada şirkətlər oranın məşhur bulaq suyunu, habelə xörək duzu, un və qənnadı məmulatlarını nümayiş etdirəcəklər.

Beynəlxalq sərginin təşkilatçılarından olan "İTE Group plc" şirkətinin icraçı direktoru Edvard Stroon vurğulayıb ki, bu il Azərbaycan, Rusiya, ABŞ və Türkiyə şirkətlərinin də daxil olduğu debütantlar ümumi iştirakçıların 45 %-ni təşkil edir: "İlk dəfə olaraq, sərgidə kommersiya təşkilatları ilə yanaşı, Latviya, Belçika və İranın milli qrupları da iştirak edəcəklər. Bununla yanaşı, Özbəkistan və İordaniya şirkətləri də ilk dəfə olaraq iştirak üçün Bakıya gəliblər".Daha sonra çıxış edən İTECA Caspian şirkətinin satış üzrə müdiri Samirə Teymurova isə qeyd edib ki, ikinci ildir ki, "WorldFood Azərbaijan" sərgisi ilə birlikdə keçirilən "İpack Caspian- 2013" Xəzər Beynəlxalq "Qablaşdırma, tara, etiket və poliqrafiya" sərgisi "Qablaşdırma" sektorunu təqdim edir: "Azərbaycan, Macarıstan, Litva, Rusiya, Türkiyə, Çexiya və digər ölkələrdən olan şirkətlər qablaşdırma, qablaşdırma materialları və hazır məhsullar, eləcə də yarlıqlar və şüşə taralarının istehsalı üçün qablaşdırma qurğuları və avadanlıqları nümayiş etdirirlər".Qeyd edək ki, "WorldFood Azərbaijan" sərgisi mayın 22-dən 24-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.

sia.az

Digər xəbərlər