Cari ilin yanvar-aprel aylarında Azərbaycanın dəniz nəqliyyatı vasitəsilə 4,2 milyon ton yük daşınmışdır. Yüklərin 60,6 faizini neft, 39,4 faizini isə quru yüklər təşkil etmiş və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilmişdir.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, dəniz limanlarında 4,4 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artım olmuşdur.
İşlənmiş yüklərin 88,4 faizini təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 5,6 faiz artmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...