PDF Oxu

İqtisadiyyat

  • 23

Əsas kapitala yönəldilmiş vəsaitin 72,2 faizini daxili investisiyalar təşkil etmişdir

Əsas kapitala yönəldilmiş vəsaitin 72,2 faizini daxili investisiyalar təşkil etmişdir

Cari ilin yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş vəsaitin 3,1 milyard manatını və ya 72,2 faizini daxili investisiyalar təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrünün səviyyədən 24,3 faiz yüksəkdir. Xarici mənbələrdən istifadə olunmuş investisiyanın həcmi isə 40,8 faiz artmışdır.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılmasına dövlət büdcəsindən 7 milyard manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuşdur.

İlin əvvəlindən ötən 4 ay ərzində həmin vəsaitin 1,8 milyard manatından istifadə edilmişdir.

AzərTAc

Digər xəbərlər