PDF Oxu

İqtisadiyyat

  • 15

Təsərrüfat subyektləri tərəfindən 66,2 milyon ton yük daşınmışdır

Təsərrüfat subyektləri tərəfindən 66,2 milyon ton yük daşınmışdır

Cari ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 66,2 milyon ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 2,2 faiz çox yük daşınmışdır. Nəql olunmuş qeyri-neft yüklərinin də həcmi 6,1 faiz artaraq 44,6 milyon tona çatmışdır.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, nəqliyyat vasitələri ilə daşınmış yüklərin 53,6 faizi avtomobil nəqliyyatı, 28,9 faizi boru kəmərləri, 11,2 faizi dəmir yolu, 6,3 faizi dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilmişdir.

AzərTAc

Digər xəbərlər