PDF Oxu

İqtisadiyyat

  • 19

Nəqliyyat və poçt tarifləri indeksi ötən ay 0,9 faiz azalmışdır

Nəqliyyat və poçt tarifləri indeksi ötən ay 0,9 faiz azalmışdır

Cari ilin aprel ayında nəqliyyat və poçt tarifləri indeksi mart ayına nisbətən 0,9 faiz azalmış, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 2,5 faiz artmışdır. Rabitə tarifləri indeksi ötən aya nisbətən 0,4 faiz azalmış, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz artmışdır.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, dəmir yolu nəqliyyatında keçən ay 10 ton yükün 1 kilometr məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 30,1 faiz, tranzit üzrə 9,4 faiz, idxal üzrə 7,1 faiz, ixrac üzrə isə 4,3 faiz, MDB ölkələrinə sərnişindaşıma tarifləri isə 16,7 faiz bahalaşmışdır.

Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 1,5 və 0,4 faiz, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 2,6 faiz bahalaşmışdır.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 2,5 faiz ucuzlaçmış, qazın nəql olunma tarifləri isə dəyişməz olaraq qalmışdır.

Aprel ayı ərzində dəniz nəqliyyatı vasitəsilə sərnişindaşıma tarifləri 0,6 faiz ucuzlaşmış, yükdaşıma tarifləri isə sabit qalmışdır.

Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri yerli əlaqə üzrə 7,4 faiz ucuzlaşmışdır.

Poçt və kuryer tariflərində dəyişiklik müşahidə olunmamışdır.

Rabitə sahəsində internet xidmətlərinin tarif indeksi 6,2 faiz ucuzlaşmışdır.

AzərTAc

Digər xəbərlər