PDF Oxu

İqtisadiyyat

  • 11

Ağdaşda tərəvəz və bostan məhsullarının yığımına başlanılmışdır

Ağdaşda tərəvəz və bostan məhsullarının yığımına başlanılmışdır

Ağdaş rayonunda yazlıq bitkilərin əkin sahəsi ötən illə müqayisədə xeyli artmışdır.

Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AzərTAc-a bildirmişlər ki, cari ildə Ağdaşda 4370 hektar sahədə tərəvəz əkini həyata keçirilmişdir. İstixanalarda yetişdirilmiş tərəvəz məhsullarının yığımına ötən həftə başlanılsa da, açıq havada əkilmiş tərəvəz şitillərinin becərilməsi prosesi hələ də davam edir. Bu günədək istixanalardan 500 tondan artıq pomidor və xiyar tədarük olunmuşdur. Məhsul yığımı uğurla davam edir. Torpaq mülkiyyətçiləri bu il 1531 hektar sahədə bostan, 1187 hektar sahədə kartof, 1324 hektar sahədə qarğıdalı, 127 hektar sahədə paxla əkmişlər və hazırda bitkilərə aqrotexniki qulluq edilir. İyul-avqust aylarında məhsul yığımına başlanılacaqdır.

Ağdaş rayonunun əlverişli iqlim şəraiti ildə iki dəfə kələm yetişdirməyə və bol məhsul götürməyə imkan verir. Yaz mövsümündə rayonun Şəmsabad, Tofiqi, Xosrov, Ləki, Güvəkənd, Cardam, Kotanarx kəndlərində ümumilikdə 2300 hektar sahədə kələm əkini aparılmışdır. Hazırda rayonda kələm yığımı sürətlə davam etdirilir. Kəndlilər bu günədək 1650 ton məhsul toplamışlar. Məhsul yığımı davam edir.

AzərTAc

Digər xəbərlər