PDF Oxu

İqtisadiyyat

  • 13

“Müstəqil Dövlətlər Birliyində gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” layihəsi müzakirə olunmuşdur

“Müstəqil Dövlətlər Birliyində gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” layihəsi müzakirə olunmuşdur

Mayın 30-da Beynəlxalq Əmək Təşkilatının eksperti Olqa Kulayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olmuşdur.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Füzuli Ələkbərov ölkəmizdə sosial-iqtisadi inkişaf, o cümlədən gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət və onun uğurlu nəticələri, həyata keçirilən sosial proqramlar, fəal məşğulluq tədbirləri haqqında məlumat vermişdir.

Söhbət zamanı "Müstəqil Dövlətlər Birliyində gənclərin məşğulluğu sahəsində əməkdaşlıq" layihəsi müzakirə olunmuş, perspektivlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatı tərəfindən həyata keçirilən, Azərbaycan, Qazaxıstan və Rusiya Federasiyası tərəfindən icra ediləcək bu layihənin məqsədi gənclərlə bağlı məşğulluq proqramlarının işlənib hazırlanması, daha sonra həyata keçirilməsi sahəsində ölkələrin imkanlarının artırılması, rəqabət qabiliyyətli işçi qüvvəsinin yetişdirilməsi və regionda iqtisadi artımın inkişaf etməsidir.

Dörd il davam edəcək layihənin icrasına 2013-cü ildən başlanılmışdır.

AzərTAc

Digər xəbərlər