PDF Oxu

İqtisadiyyat

  • 15

Azərbaycan Türkiyə iqtisadi əlaqələri müzakirə olundu

Azərbaycan Türkiyə iqtisadi əlaqələri müzakirə olundu

Bu gün Bakıda "Sosial-iqtisadi inkişafda sahibkarlığın rolu: Türkiyə-Azərbaycan təcrübəsi" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev və Özyeğin Universitetinin rektoru Erhan Erqut iştirak edib. İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri Samir Vəliyev bildirib ki, bu tədbir Azərbaycan Türkiyə arasında sahibkarlığın inkişafına öz töhvəsini verəcək. Onun sözlərinə görə, ölkəmizdə sahibkarlığın inkişafı dövlət iqtisadiyyatının prioritet istiqamətlərindən biridir: "Hazırda Azərbaycan qeyri-neft sektorunun inkişafı üçün zəruri addımlar atır. Son illər Azərbaycanda sahibkarlığın inkişafı üçün müxtəlif layihələr həyata keçirilir. Sahibkarlara dövlət tərəfindən dəstək verilir. Bununla yanaşı, sahibkarlığın inkişafı üçün beynəlxalq təcrübə öyrənilir".

Samir Vəliyev qeyd etdi ki, "Azərbaycan-2020: gələcəyə baxış " İnkişaf Konsepsiyasına uyğun olaraq ölkə iqtisadiyyatında iki dəfə artım nəzərdə tutulur ki, bu da qeyri-neft sektorunun hesabına olacaq.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun isə vurğulayıb ki, Türkiyə ilə Azərbaycan qardaş ölkədir. İki ölkə arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlıqda mövcuddur. Səfir bildirdi ki, dünyada qlobal maliyyə böhranın olmasına baxmayaraq, hər iki ölkədə iqtisadiyyatın müxtəlif sahələrində inkişaf var. İki ölkə arasında ticarət əlaqələr ildən ilə artır və bununla yanaşı, sahibkarlar arasında yüksək əməkdaşlıq əlaqələri qurulur: "Bunun nəticəsidir ki, Türkiyə Azərbaycanda 6.5 milyard dollar, Azərbaycan Türkiyədə 4 milyard dollara yaxın investisiya qoyub".

sia.az

Digər xəbərlər