"Könüllülərin Beynəlxalq Əməkdaşlığı" İctimai Birliyi Cəlilabad və Yardımlı rayonlarının ümumtəhsil məktəblərində "Region məktəblərində İKT-dən istifadə vərdişlərinin inkişaf etdirilməsi" layihəsi çərçivəsində maarifləndirici təlimlər keçirmişdir.
AzərTAc xəbər verir ki, Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan layihənin məqsədi region məktəblərində İKT ilə bağlı vəziyyəti öyrənmək, şagirdləri İKT-nin müsbət və mənfi tərəfləri ilə tanış etməkdir.
Təlimlər zamanı şagirdlərə internetdən təhlükəsiz istifadənin qaydaları və internet vasitəsilə xaricdə təhsil almağın mümkünlüyü barədə ətraflı məlumat verilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...