Azərbaycan Xəzərin enerji resurslarının Avropaya tədarükündə önəmli rola malikdir. SİA-nın məlumatına görə, bu barədə ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşaviri Amos Hoksteyn Bakıda jurnalistlərə deyib.TAP və ya "Nabucco" layihəsinin ABŞ üçün vacibliyinə toxunan Hokşteyn qeyd edib ki, Birləşmiş Ştatlar bu məsələdə neytraldır.O qeyd edib ki, ABŞ-ı maraqlandıran əsas məsələ Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasıdır: "Bunu TAP və ya "Nabucco" vasitəsilə həyata keçirmək haqqında qərar konsorsiumda iştirak edən şirkətlərdən asılıdır".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...