PDF Oxu

İqtisadiyyat

  • 12

İstanbulda “Türkiyə dünya ticarət körpüsü-2013” adlı sərgi açılacaqdır

İstanbulda “Türkiyə dünya ticarət körpüsü-2013” adlı sərgi açılacaqdır

İyunun 16-dan 23-dək İstanbulda Türkiyə İş Adamları və Sənayeçilər Konfederasiyasının təşkilatçılığı ilə "Türkiyə dünya ticarət körpüsü-2013" adlı sərgi açılacaqdır.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) AzərTAc-a bildirmişlər ki, sərgidə inşaat materialları, inşaat dəzgahları (texnologiyaları) və mebel sektoru ilə bağlı məhsulların təqdim olunması nəzərdə tutulur.

İstehsal etdiyi məhsulları sərgiyə çıxarmaq istəyən azərbaycanlı sahibkarlar əlavə məlumat almaq üçün ASK-a müraciət edə bilərlər.

AzərTAc

Digər xəbərlər