PDF Oxu

İqtisadiyyat

  • 14

Aviasiya təmiri zavodunun nümayəndələri Bakı Metropolitenində təcrübə mübadiləsi aparırlar

Aviasiya təmiri zavodunun nümayəndələri Bakı Metropolitenində təcrübə mübadiləsi aparırlar

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xətti ilə Gəncədəki Azərbaycan aviasiya təmiri zavodunun nümayəndələri Bakı Metropoliteninin metroloji təminat üzrə sahəsində təcrübə mübadiləsi aparır və kurslarda iştirak edirlər.

Metropolitenin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, son illərdə hərbi hava qüvvələrinin sürətli inkişafı bir çox yeniliklərə yol açmışdır. Bu, həm də metroloji, defektoskopiya təminatının da müasir tələblərə cavab verməsini tələb edir. Buna görə ölkənin müxtəlif müəssisələri ilə təcrübə mübadilələri aparılır. Eyni zamanda, bu istiqamətdə keçilən kurslar mütəxəssislərin bilik səviyyəsinin yüksəlməsinə kömək edir.

Kurslar çərçivəsində zavodun mütəxəssisləri metropolitenin "Nərimanov" elektrik deposunun qaldırma təmiri və təkər cütləri sahələrində iş prosesinin təşkili ilə də tanış olmuşlar.

AzərTAc

Digər xəbərlər