"Quba" Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsinin transformator məntəqələrində və elektrik verilişi xətlərində təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir.
"Azərenerji" ASC-dən AzərTAc-a bildirmişlər ki, cari ilin 4 ayı ərzində 45 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 4,6 milyon kilovat-saata yaxın, ödəniş isə 30 faizdən çox artmışdır.
Daimi əhali istehlakçı qrupu üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 632 min kilovat-saata yaxın artaraq 25,2 milyon kilovat-saatdan artıq olmuşdur. Ödənişdə artım təxminən 9 faiz təşkil etmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...