Cari ilin beş ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə əlavə dəyər vergisi ödəyicilərində qanunvericiliyin pozulması halları azalmışdır.
AzərTAc xəbər verir ki, bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov jurnalistlərə açıqlamasında demişdir.
Nazir müavininin sözlərinə görə, daha sadələşdirilmiş qaydada vergi ödəyən kiçik vergi ödəyicilərində qanunvericiliyin pozulması hallarında artım müşahidə olunmasına baxmayaraq, gəlirləri daha çox olanlar barəsində bunun əksini demək olar.
Natiq Əmirov demişdir ki, mənfi halların qarşısının alınması üçün müvafiq proqramlar hazırlanır. Proqramda məlumatlandırma tədbirlərinin, treninqlərin keçirilməsi nəzərdə tutulmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...