PDF Oxu

İqtisadiyyat

  • 43

Cari ildə Balakəndə 65 hektar sahədə yeni meyvə bağları salınmışdır

Cari ildə Balakəndə 65 hektar sahədə yeni meyvə bağları salınmışdır

Son illər Balakən rayonunda meyvəçiliyin inkişafı üçün ardıcıl tədbirlər görülür. Təkcə cari ildə rayonun Katex kəndində və "Təpəçöl" adlanan ərazidəki 65 hektar sahədə yeni meyvə bağları salınmışdır.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, meyvəçiliyin inkişafı üçün çox əlverişli iqlim şəraiti mövcuddur. Hazırda rayon ərazisində 168 hektar məhsul verən meyvə bağı vardır. Bu bağlarda əsasən Türkiyə, Hollandiya, ABŞ, Yeni Zelandiya, Avstraliya və digər ölkələrdən gətirilmiş, tez bar verən meyvə tingləri - alma, gilas, şaftalı, ərik və digər ağaclar əkilmişdir. Bağlarda damlama üsulu ilə suvarma sistemi quraşdırılmışdır. Yaxşı qulluq olunduqda, ağac tingləri elə birinci ildən bar verir.

AzərTAc

Digər xəbərlər