Elektrik enerjisinin dayanıqlı ötürülməsini təmin etmək üçün nəzərdə tutulan texniki tədbirlər "Şabran" Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsində davam etdirilmişdir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cari ilin 4 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 314 min kilovat-saat azalaraq 21,8 milyon kilovat-saata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçıları tərəfindən 9,3 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 201 min kilovat-saat, ödəniş isə mütləq 12 faizdən çox olmuşdur.
Bu dövrdə keçirilmiş reydlər zamanı 445 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 1 milyon 204,1 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 72,2 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...