PDF Oxu

İqtisadiyyat

  • 23

Mədənçıxarma bölməsində istehsalın həcmi 10,5 milyard manat olmuşdur

Mədənçıxarma bölməsində istehsalın həcmi 10,5 milyard manat olmuşdur

Cari ilin yanvar-may aylarında Azərbaycanda mədənçıxarma bölməsində istehsalın həcmi 10,5 milyard manat təşkil etmişdir. Bu, əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 1,6 faiz azdır.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, sənayenin mədənçıxarma bölməsinin əsas məhsulu olan xam neft hasilatı 18,1 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 7,4 milyard kubmetr təşkil etmişdir.

Neft hasilatında 2,2 faiz, qaz hasilatında isə 0,2 faiz azalma müşahidə olunmuşdur.

AzərTAc

Digər xəbərlər