PDF Oxu

İqtisadiyyat

  • 24

Sabunçu rayonunda təhsil ocaqlarının əsaslı təmiri və yenidən qurulması işləri aparılır

Sabunçu rayonunda təhsil ocaqlarının əsaslı təmiri və yenidən qurulması işləri aparılır

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası ilə əlaqədar paytaxtın Sabunçu rayonunda təhsil ocaqlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı müvafiq işlər görülür.

AzərTAc xəbər verir ki, Sabunçu rayonu üzrə bu il proqramda nəzərdə tutulmuş bütün orta ümumtəhsil məktəblərində, peşə liseylərində və məktəbəqədər təhsil ocaqlarında əsaslı təmir işlərinə başlanmışdır.

Rayonun Bakıxanov qəsəbəsindəki 80 nömrəli, Sabunçu qəsəbəsindəki 155 və 67 nömrəli orta məktəblərdə təmir işləri aparılır, kommunikasiya və istilik sistemləri dəyişdirilir.

Əsaslı təmir zamanı məktəblərin idman zalları müasir tələblər səviyyəsində qurulur. Uşaqların peşə yönümünə müsbət təsir göstərən emalatxanalar yenilənir. Məktəblərin dam örtükləri təzələnir, qapı pəncərələr dəyişdirilir, daxildə kompleks bərpa və yenidənqurma tədbirləri həyata keçirilir.

Tikintidə yerli və xarici inşaat materiallarından və təcrübəli mütəxəssislərin gücündən istifadə edilir. Əsaslı təmir-işləri başa çatdıqdan sonra məktəblərin texniki təminatı da yenilənəcək, müasir tələblərə cavab verən avadanlıqlar quraşdırılacaqdır.

AzərTAc

Digər xəbərlər