PDF Oxu

İqtisadiyyat

  • 27

Ağsu rayonunda kənd yolları əsaslı təmir olunur

Ağsu rayonunda kənd yolları əsaslı təmir olunur

Ağsu rayonunda kənd yolları əsaslı təmir olunur. On səkkiz min nəfər insanın yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən 25,6 kilometrlik Ağsu-Çaparlı-Bağırlı avtomobil yoluna asfalt döşənir.

AzərTAc xəbər verir ki, bu yol Prezident İlham Əliyevin rayon və kəndlərin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında müvafiq Sərəncamına əsasən yenidən qurulur. Qeyd edək ki, burada işlərə ötən ildən başlanılmış, 3 körpü və 24 suötürücü qovşaq tikilmişdir.

Yola asfalt döşənməsi dövlətimizin başçısının "Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2012-ci il 4 dekabr tarixli Sərəncamı ilə ayrılmış 6 milyon manat vəsait hesabına həyata keçirilir. Qısa müddətdə yolun Çaparlı kəndinədək olan 8 kilometr hissəsinə asfalt döşənmişdir. Hazırda yolun təmiri sürətlə davam etdirilir.

AzərTAc

Digər xəbərlər