PDF Oxu

İqtisadiyyat

  • 21

Azərbaycan 2020-ci ildə hasil olunacaq əlavə qaz həcmləri də xarici bazarlara çıxarılacaqdır

Azərbaycan 2020-ci ildə hasil olunacaq əlavə qaz həcmləri də xarici bazarlara çıxarılacaqdır

Azərbaycan 2 trilyon kubmetr qaz ehtiyatına malikdir və 2020-ci ildə əlavə qaz həcmləri də xarici bazarlara çıxarılacaqdır.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev demişdir.

"Şahdəniz - 2" layihəsi çərçivəsində il ərzində hasil olunan təqribən 9 milyard kubmetr qaza daha 16 milyard kubmetrin əlavə ediləcəyi gözlənilir. Bunun 6 milyardı Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ötürüləcəkdir. Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 kilometr aralı məsafədə yerləşən "Şahdəniz- 2" çərçivəsində görüləcək işlərə körpü ilə birləşdirilən 2 hasilat platforması, 2 yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərləri aid olacaqdır.

Bununla yanaşı layihəyə Cənubi Qafqaz Boru Kəmərinə ildə 16 milyard kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi də daxildir. Həmçinin Türkiyənin şərq sərhədindən ölkənin qərb sərhədinə qədər uzanacaq Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) tikintisi də sürətləndiriləcəkdir.

AzərTAc

Digər xəbərlər