"Bakı Ağ şəhər" layihəsinə daxil olan Sahilyanı rayonda 1 milyon 39 410 kvadratmetrlik tikinti işlərinin görülməsi planlaşdırılmışdır.
"Bakı Ağ şəhər" layihəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 41,9 hektar əraziyə malik rayon dənizkənarı bulvara yaxın olduğundan prestijli zona hesab edilir. Layihəyə uyğun olaraq, ərazidə ticarət və əyləncə mərkəzləri, habelə 12 min avtomobil üçün dayanacaq, 3 bağça, ümumi sahəsi 742 410 kvadratmetr olan yaşayış binaları, 199 min 570 kvadratmetr ofis və 97 min 430 kvadratmetrlik ticarət mərkəzləri inşa etmək nəzərdə tutulmuşdur.
Təklif olunan xidmətlərin və əyləncələrin geniş çeşidi bu rayonu şəhərin yeni mədəni mərkəzlərindən birinə çevirəcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...