PDF Oxu

İqtisadiyyat

  • 28

Laçınlı məcburi köçkünlər taxıl biçinini davam etdirirlər

Laçınlı məcburi köçkünlər taxıl biçinini davam etdirirlər

Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində taxıl biçini davam edir.

Laçın Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, rayonun kənd təsərrüfatı istehsalçıları cari ilin məhsulu üçün Taxtakörpü ərazisində 1832 hektarda taxıl, o cümlədən 1585 hektarda arpa, 247 hektarda buğda yetişdirmişlər. İndiyədək arpa sahələrinin 1485, buğda sahələrinin isə 146 hektarında biçin aparılmış, 4.864 ton məhsul götürülmüşdür. Məhsuldarlıq hər hektardan orta hesabla 30 sentner təşkil edir.

AzərTAc

Digər xəbərlər